Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-09 11:44:00
Qərbi Kaspi Universiteti Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürüb

Qərbi Kaspi Universiteti Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürüb.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, bununla bağlı qərar Qəyyumlar Şurasının oktyabrın 8-də keçirilən toplantısında qəbul olunub. Toplantıda Fonda yardım üçün müəllimlərin ianə toplamaq müraciətinə də baxılıb və bildirilib ki, bu missiyanı universitet öz hesabına həyata keçirəcək.

 

Qeyd olunub ki, Azərbaycan Ordusunun Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları uğurla davam edir və hər bir azərbaycanlı cəbhədəki qələbələrin qürur hissini yaşayır. Əminik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun başladığı əks-hücum əməliyyatları torpaqlarımızın işğaldan azad olunması ilə sona çatacaq və Azərbaycanın haqq işi zəfər çalacaq.

 

Xatırladaq ki, Qərbi Kaspi Universiteti bir neçə gün öncə Sərhəd Qoşunlarına VAZ 2121 (“Niva”) və Nissan Navarra (“Pickup”) markalı 2 avtomobil hədiyyə edib, Bərdə Rayon Mərkəzi Xəstəxanasına isə zəruri tibbi ləvazimatlar, yataq dəstləri və hospital şəraitində istifadə olunan digər ləvazimatlar göndərib.