Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-06 12:43:00
İşğaldan azad olunan ərazilərimizdə yeni universitet salınmalıdır – Deputatdan təklif

 

 

“Yeni bir universitetin yaradılmasını  təklif kimi irəli sürməyi düşünürəm”

 

 

Bu sözləri AzEdu.a-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

 

 

Cəbrayılın işğaldan azad olunması ilə bağlı təəssüratlarını bölüşən deputat azad edilən  ərazilərdə  təhsillə sahəsindəki görüləcək işlərlə bağlı təklif və arzularını bildirib:

 

“Bildiyimiz kimi,  Ermənistan işğal etdiyi bütün ərazilərdə, o cümlədən, Cəbrayılda bütün təhsil müəssisələrimizi, məktəb bağça və s. dağıdıb.

 

Təəssüf  ki, biz bir reallıq kimi qəbul eləmişik.  Dünən isə   Cəbrayılı bir neçə kənd istisna olmaqla işğaldan azad etdik. 

 

İşğal olunmuş ərazilər azad olunduqdan sonra  bu ərazilərdə görüləcək işlərlə bağlı dövlət səviyyəsində planlar var. Əsas önəm  verilən məsələlərdən  biri də təhsil müəssisələrinin inşası və bərpasıdır. Bu istiqamətdə ciddi işlərin görülməsi planlaşdırılır. Bildiyimiz kimi, Cocuq Mərcanlı işğaldan azad olunduqdan sonra orada ilk inşa olunan müəssislərdən  biri də məktəb binası idi. Həmin məktəbin açılışında mən də iştirak etmişəm. Orda çox yüksək səviyyədə infrastruktur  yaradıldı”.

 

 

C.Məmmədov yeni ali təhsil müəssislərnin yaradılması barədə də təkliflərini  irəli sürdü:

 

 

“Qarabağ böyük bir ərazini əhatə edir.  Xankəndində  bir universitet olsa da həmin ərazinin böyüklüyünü nəzərə alaraq, həmin bölgədə universitet və instutların yaradılması nəzərdən keçirilə bilər. Ümumiyyətlə torpaqlarımız azad edildikdən sonra, bu ərazilərdə yeni bir universitetin yaradılmasını  təklif kimi irəli sürməyə düşünürəm”.

 

“Torpaqlarımız azad olundaqdan sonra da burada mövcud peşə təhsil müəssisələrinin bərpası, və yeni peşə təhsil müəssisələrinin yaradılmasını nəzərdən keçirmək olar”.

 

Deputat sonda peşə təhsili müəssisləri barədə də fikirlərinin bildirdi:

“SSRİ dövründə respublikanın bir çox yerində,  o cümlədə, Cəbrayılda da peşə təhsil müəssisələri fəaliyyət göstərirdi. Həmin dövrdə, traktorçu, maşınist kimi kənd təsərrüfatı sahəsində təhsil verilirdi.

 

Torpaqlarımız azad olunduqdan sonra da burada mövcud peşə təhsil müəssisələrinin bərpası, və yeni peşə təhsil müəssisələrinin yaradılmasını nəzərdən keçirmək olar”.