Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-05 17:56:00
Ölkədə fəlsəfə doktoru proqramı üzrə təhsil alan əcnəbilərin sayı açıqlanıb

Azərbaycanda elmi müəssisə və təşkilat, ali təhsil müəssisələrində fəlsəfə doktoru proqramı üzrə 65 əcnəbi vətəndaş təhsil alır.

 

AzEdu.az xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2020” məcmuəsində əks olunub.

 

Rəsmi statistik məcmuədə bildirilir ki, onların 32-si Türkiyə, 10-u İran, 6-sı Qazaxıstan, 4-ü İraq, 16-sı isə digər ölkələrin vətəndaşıdır.