Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-05 14:06:00
DİM-də bu həftə Pearson VUE-nun beynəlxalq imtahanları keçirilib 

DİM-də IT, audit, akademik ingilis dili və tibb üzrə imtahanlar keçirilib.

 

Dövlət İmtahan Mərkəzində  28 sentyabr – 2 oktyabr tarixlərində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan IT, audit, akademik ingilis dili və tibb sahələrinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub:

 

  • “MRCOG Part 1” presented by Royal College of Obstetricians and Gynaecologists;
  • “Cisco Certified Network Associate” (200-301) presented by Cisco Systems, Inc.;
  • “CIA Exam Part One: Essentials of Internal Auditing” (IIA--CIA--Part1) presented by Institute of Internal Auditors təşkilatının sertifikat imtahanı;
  • “Pearson Test of English Academic (PTE Academic) presented by Pearson VUE.

 

AzEdu.az xəbər verir ki, hər imtahanda 1 nəfər olmaqla, ümumilikdə 4 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.

DİM-də verə biləcəyiniz müxtəlif ixtisas sahələri, həmçinin ingilis dili üzrə imtahanların vaxtı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

İmtahanın adı

Gün

Saat

“Pearson VUE”-nun IT, maliyyə, menecment, audit, marketinq və s. sahələr üzrə 100-dən çox professional imtahan

Hər həftənin I, III, V günləri

Səhər növbəsi: 08:30–13:30

Günorta növbəsi: 14:00-18:00

“Pearson Test of English Academic” (PTE Academic)

Hər həftənin II günləri

Günorta növbəsi: 15:00-18:00

İmtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz.