Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-28 17:50:00
DİSTANT TƏHSİLLƏ BAĞLI DİSTANT TƏLİM: BİRLİKDƏ ÖYRƏNƏK

UNEC 31 avqust-4 sentyabr 2020 tarixində “Distant təhsildə tədrisin təşkili və metodik təminatı” mövzusunda təlim təşkil edəcək.

AzEdu.az xəbər verir ki, təlim “Distant təhsil: ənənəvi təhsillə oxşar və fərqli xüsusiyyətləri”,, “Distant təhsildə interaktivliyin təmini (mühazirə dərslərinin təşkili və keçirilməsi üsulları)”, “Distant təhsildə sərbəst işlərin yerinə yetirilməsi qaydaları”, “Distant   təhsildə   tələbə   motivasiyasını   yüksəldən tədris metodları”, “Distant təhsilin informasiya-resurs təminatı: elektron resurslar və onlayn xidmətlər” kimi maraqlı mövzuları əhatə edəcək.

 

Təlimçilər North Dakota State University (USA), The University of George Washington (USA), Clemson University (USA), Kansas State University (USA), Radford University (USA), Anadolu Universitesi (Türkiye), The University of Luqano (Switzerland) təmsil edirlər.

 

Distant təhsillə maraqlanan hər bir şəxs təlimə qoşula bilər. Təlim Azərbaycan dilində keçiriləcək və pulsuzdur.