Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-22 16:25:00
AzTU kadrların yenidən hazırlanma təhsili üzrə sənəd qəbulu elan edir

Ali təhsil müəssisələrinin məzunları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası"na uyğun olaraq ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə yenidənhazırlanma təhsili ala bilərlər.

 

AzEdu.az xəbər verir ki, sənədlərin qəbulu 2020-ci ilin avqust ayının 20-dən  sentyabr  ayının 10-dək onlayn formada  aparılır.

 

 

2020/2021-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla kadraların yenidənhazırlanma təhsili üçün sənəd qəbulu elan edilir:

 

Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

 

Nəqliyyatda daşımaların və idarəetmənin təşkili

 

Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi

 

Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi

 

Biotibbi texnologiya mühəndisliyi

 

Cihazqayırma mühəndisliyi

 

Elektronika, radiotexnika və telekommunikasiya mühəndisliyi

 

Elektrik mühəndisliyi

 

Elektroenergetika mühəndisliyi

 

Kompüter mühəndisliyi

 

İnformasiya texnologiyaları

 

İnformasiya təhlükəsizliyi

 

Proseslərin avtomatlaşdırılması mühəndisliyi

 

Maşın mühəndisliyi

 

Mexanika mühəndisliyi

 

Metallurgiya mühəndisliyi

 

Dağ-mədən mühəndisliyi

 

Materialşünaslıq mühəndisliyi

 

Ekologiya mühəndisliyi

 

Sənayenin təşkili və idarə olunması

 

Menecment

 

Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi

 

Nəqliyyat servisi (avtomobil nəqliyyatı üzrə)

 

 

Təhsil almaq istəyənlər Azərbaycan Texniki Universitetin rəsmi saytının (aztu.edu.az) Təhsil bölməsində "Kadrların yenidən hazırlanma təhsili"nə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

 

Təhsil müddəti 1 ildir.

 

Kadrların yenidən hazırlanması proqramı üzrə təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidir:

 

1. Rektorun adına ərizə;

 

2. Ali təhsili haqqında diplomun notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə);

 

3. Əmək kitabçasının surəti (notarialqaydada təsdiqlənmiş);

 

4. 2 ədəd fotoşəkil (3×4 sm);

 

5. Şəxsiyyət vəsiqəsinin surəti (soyadı dəyişdiyi halda təsdiqedici sənəd).

 

Ünvan:  Bakı şəhəri, H. Cavid prospekti  25, telefon: (+99412) 538-33-34