Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-11 16:38:00
Təhsildə nə dəyişməlidir?-Düşünməyə dəyər

"Müasir təhsil insanları yoxsulluğa hazırlayır".

 

AzEdu.az xəbər verir ki, bunu UNEC-in rektoru,professor Ədalət Muradov şəxsi facebook səhifəsində paylaşıb.

 

O,təhsil istiqamətində olan dəyərli fikirlərini bölüşüb:


"İnsanların  şüurunda görünməz yoxsulluğun ilkin şərtlərini formalaşdırır:
- yol verilmiş səhvlərə görə təhsilalanları cəzalandırır,
- səhv etməyi “kütlük” əlaməti kimi qiymətləndirir,
- səhvlərlə müşaiyət olunan praktiki bilik əvəzinə cavabların əzbərlənməsini stimullaşdırır,
- belə fikir formalaşdırır ki, doğru cavab bir dənədir və o, ancaq müəllimə məxsusdur,
- real maliyyə təhsili vermir,
- əməkdaşlığı “köçürmə” kimi qiymətləndirir,
- tapşırıqların fərdi qaydada yerinə yetirilməsini tələb edir,
- kömək üçün müraciəti yolverilməz sayır,
- “Mən bilmirəm”i qəbul etmir,
- təhsilalanları ağıllı və “kütlərə” bölür.

Robert T. Kiyosaki
FAKE. FAKE MONEY, FAKE TEACHERS, FAKE ASSETS ( How lies are making the poor and middle class poorer), 2019".

Şükufə Süleymanlı
Müəllifin digər yazıları