Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-10 12:53:00
AzTU ilə “İdrak Texnoloji Transfer” şirkəti arasında memorandum imzalanacaq

Azərbaycan Texniki Universiteti (AzTU) “İdrak Texnoloji Transfer” MMC ilə əməkdaşlığa başlayır.

 

AzTU-dan AzEdu.az-a verilən məlumata görə, gələcəkdə universitetlə müəssisə arasında əməkdaşlıq haqqında memorandum imzalanması nəzərdə tutulur.

 

Qeyd edək ki, AzTU-nun istedadlı tələbə və məzunlarının startap layihələri və gənclərin hazırladıqları texnoloji həllər bir sıra müsabiqələrdə qalib olur. Belə layihələr “İdrak Texnoloji Transfer" MMC tərəfindən dəstəklənir.