Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-21 12:04:00
BDU Hüquq fakültəsinin alimləri vəkilliyə qəbul olunub

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev, “Kriminalistika və Məhkəmə ekspertizası” kafedrasının müdiri, professor Kamil Səlimov və Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, professor Şəhla Səmədova vəkilliyə qəbul olunub.

 

AzEdu.az  xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında məlumat verilib.

 

İclasda vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş vəkilliyə namizədlərin onlayn andiçmə mərasimi keçirilib, hazırda dövlət qulluğunda olan bəzi vəkilliyə namizədlərin vəkillik fəaliyyətinə başlamalarına möhlət verilməsinə dair müraciətlərə baxılıb və bir sıra vəkillərin mükafatlandırılması məsələlərinə dair müsbət qərarlar qəbul olunub.

 

Təbrik edir, uğurlar arzulayırıq!