Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-10 12:37:00
Rəsm müsabiqəsinə əl işlərin qəbulu davam edir

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Gənclər Təşkilatı (TGT) “Biz birlikdə güclüyük” rəsm müsabiqəsi elan edib.

 

AzMİU-dan AzEdu.az-a verilən məlumata görə, “Pandemiya şəraitində biz” devizi altında keçiriləcək müsabiqəyə işlərin qəbulu iyulun 22-dək aparılacaq.

 

İlk 3 yerin qalibi Azərbaycanın Xalq rəssamı Sakit Məmmədov tərəfindən müəyyən ediləcək. Qaliblər diplomla təltif olunacaqlar.

 

İyulun 25-də rəssam Nizar Məmmədovla görüş zamanı qaliblərin adları açıqlanacaq və diplomlar təqdim ediləcək.