Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-07 14:08:00
Dünya səviyyəli rəssasm tələbələrimizin rəsmlərini dəyərləndirəcək  

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin  (AzMİU) Tələbə Gənclər Təşkilatı “Biz birlikdə güclüyük!” adlı rəsm müsabiqəsi elan edir. “Pandemiya şəraitində biz” başlığı altında keçiriləcək müsabiqəyə işlərin qəbulu  7-22 iyul tarixləri arasında aparılacaq.  

 

 

 İlk 3 yerin qalibi Azərbaycanın xalq rəssamı Sakit Məmmədov tərəfindən müəyyən ediləcək. Qaliblər Sakit Məmmədovun və AzMİU TGT-nin  sədri Ülkər Həsənovanın imzası olan “Diplom”la təltif olunacaqlar.  

 

 

Qaliblərin adları və diplomların təqdimatı 25 iyul tarixində rəssam Nizar Məmmədovla  görüş zamanı açıqlanacaq.