Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-07 12:32:00
UNEC-də elmi konfrans: Qlobal iqtisadi dəyişikliklər və fürsətlər, fənlərarası inteqrasiya

İyulun 13-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında “Qlobal iqtisadi dəyişikliklər və fürsətlər, fənlərarası inteqrasiya” mövzusunda onlayn respublika elmi-praktiki konfransı keçiriləcək.

 

UNEC-dən AzEdu.az-a verilən məlumata görə, konfransa məqalə qəbulu bu gün başa çatır.

 

Konfrans “İqtisadiyyat və idarəetmə”, “Dünya iqtisadiyyatında yeni çağırışlar”, “Mövcud şərtlər daxilində maliyyə məsələləri”, “Bilik iqtisadiyyatı”, “Fənlərarası inteqrasiya: nəticələr, perspektivlər”, “Ümumi fənlər kontekstində iqtisadiyyat fənlərinin əlaqəsi” bölmələri üzrə təşkil olunacaq.