Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-27 12:23:00
Rektor Şahin Bayramov magistratura səviyyəsinə qəbul olunanları təbrik etdi

AzEdu.az xəbər verir ki, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov magistratura səviyyəsinə qəbul olunanları təbrik edib:

 

“Mingəçevir Dövlət Universitetinin (MDU) magistratura səviyyəsinə qəbul olunan bütün gəncləri MDU ailəsinin bütün üzvləri və şəxsən öz adımdan təbrik edirəm.

 

Əmin ola bilərsiniz ki, magistratura təhsili üçün MDU-nu seçməkdə düzgün qərar vermisiniz. Sizin yüksək ixtisaslı mütəxəssis kimi yetişməyiniz və ali təhsilin doktorantura səviyyəsinə hazır olmağınız üçün MDU-da bütün imkanlar təmin olunacaqdır. MDU-nun magistrantları olaraq Sizin müasirləşməkdə olan MDU-nun gələcək uğurlarında pay sahibi olacağınıza inanıram.

 

Eyni zamanda, digər ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunan MDU məzunlarını da təbrik edir, Sizin doğma universitetimizi layiqincə təmsil edəcəyinizə əmin olduğumu bildirirəm.

 

Magistratura səviyyəsində təhsilinizdə hər birinizə uğurlar arzulayıram.

 

MDU - Müasir təhsil, Doğru seçim, Uğurlu karyera!”