Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-23 11:24:00
BDU: ötən gün bakalavriat pilləsində 4540 tələbə onlyan imtahanlarda iştirak edib

Bakı Dövlət Universitetində (BDU) yaz semestrinin onlayn imtahan sessiyasının üçüncü həftəsi başlayıb.

 

BDU-dan AzEdu.az-a verilən məlumata görə, iyunun 22-də bakalavriat pilləsində təhsil alan 209 qrup üzrə 4540 (130 nəfəri “SABAH” qruplarından olmaqla) tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində 70 ixtisaslaşmada 56 fənn üzrə 234 magistrant imtahan verib. BDU-nun Qazax filialında isə 445 tələbə imtahanlarda iştirak edib.

 

İmtahanların gedişi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib. Bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər. İmtahanların şəffaf və mövcud qaydalara uyğun təşkil olunması məqsədilə bütün texniki tədbirlər yüksək səviyyədə həyata keçirilib.

 

Qeyd edək ki, BDU-da imtahan sessiyası iyulun 10-da yekunlaşacaq.