Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-12 17:58:00
“Gələcəyin mühəndisi -1” onlayn olimpiadasının qalibləri məlum oldu

Azərbaycan Texniki Universitetində (AzTU)  mayın 31-də keçirilən  “Gələcəyin mühəndisi -1” onlayn olimpiadasının qaliblərinin adı açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, olimpiadada Bakıdan və Azərbaycanın digər bölgələrindən I ixtisas qrupu üzrə hazırlaşan 185 nəfər XI sinif şagirdi iştirak edib. Müsabiqənin nəticələrinə əsasən, birinci yerə bir, ikinci yerə iki, üçüncü yerə üç, dördüncü yerə dörd, həvəsləndirici yerə isə iki şagird layiq görülüb.

 

Müsabiqədə 1-ci yerə layiq görülən abituriyent AzTU-ya qəbul olunduğu təqdirdə, rektorun xüsusi təqaüdü ilə mükafatlandırılacaq.

 

Qaliblərin siyahısı:

 

I yer - Bakı şəhəri 275№-li tam orta məktəb - Zeynalabdinov Mikayıl Elman oğlu

 

II yer - Mingəçevir Şəhəri Texniki Humanitar Lisey - Hacıyev Səlim Adışirin oğlu

 

II  yer - Mingəçevir şəhər 10 №-li tam orta məktəb - Əliyev Ruslan Vüqar oğlu

 

III yer -  Xaçmaz şəhər 1 №-li tam orta məktəb - Muradova Gültac Polad qızı

 

III yer - Sumqayıt şəhəri “İstedad” liseyi - İsmayılova Ayşə Qalib qızı

 

III yer - Bakı şəhəri 260 №-li tam orta məktəb - Nəbi Kənan Şamil oğlu

 

IV yer - Mingecevir şəhər Mehdi Hüseynzadə adına 3 N- li tam orta məktəb - Məmmədova Aysel Elman qızı

IV yer - Balakən rayonu Humanitar və Texniki Təmayüllü Lisey  - Telliyev Nurlan Asif oğlu

 

IV yer - Şamaxı şəhər İnşaatçı qəsəbə tam orta məktəbi - Qarayeva Ləman Raqib qızı

 

IV yer - Bakı şəhəri Akademik Zərifə Əliyeva adına lisey - Məmmədova Püstə Rövşən qızı

 

Həvəsləndirici yer - Bakı şəhəri Ə.Zeynallı adına 302 №-li tam orta məktəb - İbrahimov Əli Ayaz oğlu

 

Həvəsləndirici yer- Tovuz şəhər N.Tusi adına təbiət və texniki fənlər təmayüllü məktəb-lisey - Bayramova Mədinə Şiraz qızı

 

Olimpiadanın bütün iştirakçılarına sertifikatlar elektron formada göndərilib.

 

Qaliblərə isə müxtəlif hədiyyələr və diplom təqdim ediləcək. Mükafatlandırılma Bakı, Sumqayıt və digər bölgələrdə həyata keçiriləcək. Qaliblərin bölgələr üzrə mükafatlandırılmasının tarixi universitetin rəsmi saytında elan ediləcək.