Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-11 17:07:00
Azİİ e-Kitab Evinin oxucularına “EBSCO” beynəlxalq nəşriyyat bazasına daxil olmaq imkanları verilib

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) professor-müəllim və tələbə heyyəti, həmçinin Azİİ e-Kitab Evinin bütün oxucuları üçün dünyada çox məşhur olan “EBSCO” beynəlxalq nəşriyyat bazasına karantin dövrü ilə əlaqədar olaraq evdən 3 aylıq istifadə imkanları verilib. Məlumat üçün bildirək ki, Azİİ e-Kitab Evi 2017-ci ildən Azərbaycan Kitabxanalararası Konsorsiumun üzvüdür və həmin Konsorsiumun xətti ilə “EBSCO” beynəlxalq nəşriyyat bazasına abunə olaraq həmin bazanın universitet üzrə informasiya təminatçısıdır. Azərbaycan Kitabxanalararası İnformasiya Konsorsiumu özü də beynəlxalq EİFL.net.Konsorsiumun üzvü olmaqla bazada olan 9000 jurnal, 25.000 jurnal məqaləsi, ümümilkdə 225 nəşriyyatdan 8872 adda kitab,14 xarici universitetin elektron bazaları və arxivləri oxucuların istifadəsinə verilib.1984-cü ildən fəaliyyət göstərən “EBSCO” beynəlxalq nəşriyyat bazasında ümumilkdə 2 milyondan artıq material toplanıb.

 

Bu bazadan aşağıda göstərilən link və login, parol vasitəsilə faydalanmaq olar.