Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-10 16:11:00
ADNSU-nun müəllim və tələbələrinə beynəlxalq nəşriyyat bazasından istifadə imkanları yaradılıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) professor-müəllim və tələbə heyəti, həmçinin Azİİ Elektron Kitab Evinin bütün oxucularına dünyada məşhur olan “EBSCO” beynəlxalq nəşriyyat bazasından karantin dövrü ilə əlaqədar evdən 3 aylıq istifadə imkanları yaradılıb.

 

ADNSU-dan AzEdu.az-a bildirilib ki, Azİİ Elektron Kitab Evi 2017-ci ildən Azərbaycan Kitabxanalararası Konsorsiumun üzvüdür və həmin qurumun xətti ilə “EBSCO” beynəlxalq nəşriyyat bazasına abunə olaraq həmin bazanın universitet üzrə informasiya təminatçısıdır. Azərbaycan Kitabxanalararası İnformasiya Konsorsiumu bazada olan 9000 jurnal, 25.000 jurnal məqaləsi, ümumilikdə 225 nəşriyyatdan 8872 adda kitab,14 xarici universitetin elektron bazaları və arxivləri oxucuların istifadəsinə verib.1984-cü ildən fəaliyyət göstərən “EBSCO” beynəlxalq nəşriyyat bazasında ümumilikdə 2 milyondan artıq material toplanıb.