Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-09 17:12:00
İmkansız tələbələrə təhsil haqlarını ödəmək üçün bu tarixidək vaxt verilib- RƏSMİ  

 

“Sosial baxımdan həssas qrupa daxil olan tələbələrə təhsil haqlarının ödənilməsi üçün iyunun sonuna kimi vaxt verilib”.

 

 

AzEdu.az xəbər verir ki, bunu  Təhsil nazirinin müşaviri Elnur Məmmədov nazirliyin facebook səhifəsindəki canlı yayımda deyib.

 

 

O bildirib ki, bu halda iyunun sonuna kimi tələbəyə imkan verilir:

 

 

“Biz tələbələrə sənədləri dəqiqləşdirmək üçün bu şansı veririk ki, sistem o müraciəti qəbul etsin. Lakin onların sayında azlıq müşahidə edirik. Bizim hesablamalarımıza əsasən müraciət edəcək tələbələrin sayı 20 minə yaxındır”.

 

 

Qeyd esək ki, baş nazir Əli Əsədov sosial baxımdan həssas olan ailələrə daxil olan tələbələrin təhsil haqqının ödənilməsi üçün 40 milyon mamat ayrılması haqqında sərəncam imzalayıb

Şükufə Süleymanlı
Müəllifin digər yazıları