Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-08 16:54:00
Ali məktəb və kolleclərdə yaz imtahan sessiyası başlayıb

İyunun 8-də ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr üçün yaz imtahan sessiyasına start verilib. 

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, imtahanlar COVID-19 pandemiyası ilə əlaqədar olaraq onlayn şəkildə təşkil olunub.

 

Yaz imtahan sessiyasına özünü hazır hiss etməyən tələbələr iştirakdan imtina edə bilərlər.  Bu tələbələr üçün avqust-sentyabr aylarında ödənişsiz şəkildə icmal mühazirələr təşkil olunacaq (bunun üçün tələbələr təhsil aldıqları təhsil müəssisəsinə müraciət etməlidir). Tələbə təhsil aldığı təhsil müəssisəsinə müraciət edərək, təşkil olunan 4 həftəlik məsləhət saatlarına qatıla bilər. Məsləhət saatlarında əsas mövzular üzrə istiqamətlər veriləcək. Avqustun sonundan etibarən sentyabrın 15-dək bu tələbələr üçün yenidən imtahanda iştirak şansı yaradılacaq. 

 

Həmçinin, buraxılış ilində tədris alan 40 mindən artıq tələbə dövlət imtahanından azad edilib (əvvəlki akademik göstəriciləri əsas götürülməklə).