Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-08 14:48:00
Bu universitetdə 9 yeni ixtisas yaradılır-  REKTOR açıqladı  

 

 

““Narxoz” cəmiyyət arasında İqtisadiyyat Universitetinin sinonimi olub. Təəssüf ki, bu sinonim mənfi yükə malik idi. Universitetin imicinin yaxşılaşdırılması və brendləşməsi üçün ciddi addımlar atdıq. Hazırda dünyanın 10-a yaxın ölkəsində UNEC brendi qeydə alınıb və bu proses davam edir. Xalq təsərrüfatı sosialist iqtisadiyyatına aid anlayışdır. Universitetimizin 70 illiyində Ulu öndər Heydər Əliyev bununla bağlı məsələlərə aydınlıq gətirdi. İndi universitetin kadrları bazar iqtisadiyyatının tələblərinə cavab verir”.

 

Bu fikirləri UNEC-in rektoru, professor Ədalət Muradov İTV-nin “Pressinq” verilişində səsləndirib. O, həmçinin yeni yaradılan ixtisaslardan da danışdı:

 

“Bu il universitetimizə 9 yeni ixtisas üzrə tələbə qəbulu həyata keçirəcəyik”

 

“UNEC-də Azərbaycanda mövcud olan 5 ixtisas qrupundan 4-ü üzrə kadr hazırlığı həyata keçirilir. Yalnız 3-cü ixtisas qrupu üzrə tələbə qəbulu həyata keçirmirik. Məlumat üçün qeyd edim ki, bu il universitetimizə 9 yeni ixtisas üzrə tələbə qəbulu həyata keçirəcəyik. Böyük əksəriyyəti texniki-texnoloji ixtisaslarla bağlıdır. Yeni ixtisaslardan biri də beynəlxalq ticarət və logistikadır.  Ölkəmizdə ilk dəfə olaraq kadr hazırlığı həyata keçiriləcək. Makkenzinin apardığı tədqiqata əsasən, hər 3-5 ildən bir mövcud ixtisasların 40-45%-i öz əhəmiyyətini itirir. İqtisadiyyatın rəqəmsallaşması bütövlükdə təhsil sisteminin köklü surətdə dəyişdirilməsi tələbini gündəmə gətirdi. Artıq rəqəmsal iqtisadiyyat üçün tələb olunan mütəxəssislər başqa tələblərə cavab verən kadrlar olmalıdır”.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları