Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-06 15:15:00
Dünya Universitetlərinin reytinqi hansı meyarlara əsasən tərtib olunur? - ARAŞDIRMA

Xaricdə təhsillə maraqlanan hər kəs ilk öncə universitetlərin Beynəlxalq reytinqinə göz atmış olmalıdır. Bəs dünya universitetlərinin reytinqi hansı meyarlara əsasən tərtib olunur?

 

AzEdu.az xəbər verir ki, Times Higher Education (THE)Academic Ranking of World Universities (ARWU) və QS World University Rankings kimi nəhəng beynəlxalq reytinqlərin ekspertləri sıralanmanı müəyyən edərkən aşağıdaki meyarlara diqqət yetirir:

 

tədris

tədqiqat fəaliyyəti

akademik reputasiya

universitetdə məşhur professorların və nobel mükafatı laureatlarının sayı

müəllimlərin nitqindən gətirilən sitatların statistikası

universitetdə xarici tələbə və müəllimlərin sayı, beynəlxalq aktivlik

işəgötürənlərin rəyi və məzunların karyera potensialı

məzunların işlə təmin edilməsi

 

Bundan əlavə reytinqdə yer almaq üçün universitet ən azı iki geniş sahədə (məsələn, incəsənət və sosial fənlər, mühəndislik və texnologiya, hüquq və biznes) bakalavr və magistr proqramlarını tədris etməlidir.

 

İllərdir ki, hər 3 reytinq platformasında ABŞ və Britaniya Universitetləri liderliyi qoruyub saxlayır. Son reytinqdən TOP 10 Universitetləri diqqətinizə təqdim edirik:

 

ABŞ, Massachusetts İnstitute of Technology (MIT)

ABŞ, Stanford University

ABŞ, Harvard University

ABŞ, California Institute of Technology

Böyük Britaniya, University of Cambridge

Böyük Britaniya, University of Oxford

Böyük Britaniya, University College London (UCL)

Böyük Britaniya, Imperial College London

ABŞ, University of Chicago

İsveçrə, ETH Zurich