Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-31 23:01:14
Prezidentin vəzifə verdiyi rektor etimada görə təşəkkür etdi

Prezident İlham Əliyev bu gün yeni yaradılan Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edib. Dövlət başçısının sərəncamına əsasən, bu vəzifə Ceyhun Valeh oğlu Məmmədova həvalə edilib.


AzEDu.az-ın məlumatına görə, Ceyhun Valeh oğlu Məmmədov 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olib. O, Xəzər Universitetində təhsil alıb, ilahiyyat üzrə fəlsəfə doktorudur. 

C.Məmmədov AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda  böyük elmi işçi kimi fəaliyyət göstərib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində şöbə müdiri işləyib. Bu təyinatadək isə o, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi vəzifəsində çalışıb.

Modern.az-ın məlumatına görə, C.Məmmədov ölkə başçısına ona etimad göstərdiyinə görə təşəkkür edib.