Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-28 15:01:00
Qabiliyyət imtahanlarında hansı dəyişikliklər olacaq? – Sadə şərh

2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə aid xüsusi qabiliyyət tələb ixtisaslar üzrə qabiliyyət imtahanı olmayacaq.

Bu barədə AzEdu.az-a danışan təhsil eksperti Elçin Əfəndi həmin ixtisaslar üzrə bölgünü sadə şəkildə şərh edib.

"Xüsusi qabiliyyət tələb edən aşağıdakı ixtisaslar üzrə qabiliyyət imtahanı olmayacaq:

  1. Musiqi müəllimliyi
  2. Təsviri incəsənət müəllimliyi
  3. Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi
  4. Məşqçilik

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin Dizayn ixtisasına qəbul olmaq istəyən abituriyentlər yalnız Rəsm fənnindən qabiliyyət imtahanı verəcəklər.

Aşağıdakı ali təhsil müəssisələrininin dizayn ixtisası üzrə isə qabiliyyət imtahanları ümumiyyətlə tələb olunmur.

  1. Azərbaycan Dövlət İqtisad Universiteti
  2. Azərbaycan Dövlət Aqrar Universiteti
  3. Azərbaycan Texnologiya Universiteti
  4. Bakı Xoreoqrafiya Akademiyası
  5. Qərbi Kaspi Universiteti
  6. Xəzər Universiteti
  7. Odlar Yurdu Universiteti

Aşağıdakı ixtisaslar üzrə isə qabiliyyət imtahanları fənlərin sayını azaltmaqla keçiriləcək:

  1. Aktyor sənəti
  2. Bəstəkarlıq
  3. Dekorativ tətbiqi sənət (sahələr üzrə)
  4. Dirijorluq (sahələr üzrə)
  5. Heykəltəraşlıq
  6. İnstrumental ifaçılıq (sahələr üzrə)
  7. Musiqişünaslıq
  8. Operator sənəti
  9. Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)
  10. Qrafika
  11. Rejissorluq
  12. Rəngkarlıq
  13. Vokal sənəti (sahələr üzrə)
  14. Xoreoqrafiya sənəti (sahələr üzrə)

V ixtisas qrupunda ümumiyyətlə 19 ixtisas mövcuddur. Həmin ixtisaslar aşağıdakılardır:

  1. Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi
  2. Məşqçilik
  3. Təsviri incəsənət müəllimliyi
  4. Dizayn (sahələr üzrə)
  5. Musiqi müəllimliyi
  6. Aktyor sənəti
  7. Bəstəkarlıq
  8. Dekorativ tətbiqi sənət (sahələr üzrə)
  9. Dirijorluq (sahələr üzrə)
  10. Heykəltəraşlıq
  11. İnstrumental ifaçılıq (sahələr üzrə)
  12. Musiqişünaslıq
  13. Operator sənəti
  14. Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)
  15. Qrafika
  16. Rejissorluq
  17. Rəngkarlıq
  18. Vokal sənəti (sahələr üzrə)
  19. Xoreoqrafiya sənəti (sahələr üzrə)".