Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-31 11:00:00
ADNSU-nun rektoru rusiyalı magistrlərlə görüşüb - FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Rusiyanın Lomonosov adına Şimali (Arktik) Federal Universitetinin magistrləri ilə görüşüb.

AzEdu.az xəbər verir ki, rusiyalı magistrlər Kirill Romanov və Roman Popov mayın 2-dən 30-dək ADNSU-da magistr təcrübə proqramında iştirak ediblər.

Görüşdə M.Babanlı ADNSU-da həyata keçirilən islahatlar və görülən işlər haqqında məlumat verib. Rektor universitetdə magistr pilləsində aparılan tədris prosesi, həmçinin burada startap layihələrinə verilən dəstəkdən danışıb.

ADNSU-da enerji menecmenti və neft-qaz mühəndisliyi ixtisasları üzrə magistr təcrübə proqramını başa vuran rusiyalı magistrlər təcrübə müddətində qazandıqları biliklərdən danışıb və təəssüratlarını bölüşüblər.

Görüşün sonunda gənclərə ADNSU-da magistr təcrübə proqramını müvəffəqiyyətlə başa vurduqlarına dair sertifikat verilib.