Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-27 10:57:00
Bu ixtisaslar üzrə magistratura təhsili vaxt itkisidir - TƏHLİL

 

 

Bu gün ölkəmizdə bakalavr pilləsi üzrə təhsil almış tələbələr magistratura üzrə seçim edərkən daha çox İT istiqamətli ixtisaslara üstünlük verirlər.

 

Humanitar, sosial yönümlü ixtisaslara magistraturada maraq çox azdır.

 

Vəziyyətin belə davam edəcəyi təqdirdə, magistratura üzrə bir çox ixtisasların aradan qaldırılması gözlənilirmi və bunlar, əsasən, hansı sahələri əhatə edəcək?

 

Təhsil eksperti Adil Vəliyev AzEdu.az-a açıqlamasında bildirib ki, Azərbaycanda magistraturada oxumaq bakalavr təhsili almış bir tələbəyə əlavə heç bir bilik vermir:

 

“Mən deməzdim ki, magistr təhsili almaq istəyən tələbələrmiz, əsasən,  İT sahəsinə üstünlük verirlər. Çünki bu sahə üzrə bakalavr təhsili aldıqda onlar artıq kifayət qədər məlumat əldə etmiş olurlar. Sonra isə iş tapıb işləməyə üstünlük verirlər. Əgər onlar özərini inkişaf etdirmək istəyirlərsə, magistr təhsili almaqdan daha çox hər hansısa bir kursa gedərək orada təhsillərini davam etdirir və yaxud da onlayn şəkildə məlumatlar əldə edirlər. Reallıq budur ki, İT, kompüter mütəxəssisi və kompüter elmləri kimi sahələr üzrə magistr təhsili almaq o qədər də həmin tələbələrin inkişafına təsir etmir.

 

Hazırda, təəssüf ki, magistratura təhsili üzrə hər hansısa məlumat yenilənmir. Məzunlarımızla danışanda onlar da deyir ki, bizə bakalavrda öyrəndiklərimiz bəs edir çünki bizə magistraturada heç nə öyrədilmir.

 

Ekspert vurğulayıb ki, tələbələr sırf orta və ali təhsil müəssisələrində, hansısa dövlət orqanlarında işləyə bilmək üçün magistratura təhsili alırlar:

 

“Bu ixtisas üzrə magistr təhsili almaq istəyənlər, əsasən, universitetlərdə və ya digər ali təhsil ocaqlarında pedoqoji fəaliyyətlə məşğul olmaq niyyətində olanlardır. Sonradan çox vaxt doktoranturaya da müraciət edirlər”.

 

A.Vəliyev həmçinin qeyd edib ki, həm magistr, həm də bakalavr ixtisaslarında köklü dəyişikliklər olmalıdır:

 

“İxtisaslrımızın 50-60 faizi, demək olar ki, əmək bazarının tələblərinə cavab vermir buna görə də tələbələr məzun olduqdan sonra iş tapa bilmirlər. Əlavə olaraq, əsasən, iqtisadiyyat və mühəndislik yönümlü ixtisasların bir çoxunda dəyişiklik olmalıdır. Çünki bu ixtisaslardan kifayət qədər lazımsız olanları var. Mən hazırda o ixtisaslarda təhsil alanlar olduğuna görə adlarını çəkmək istəmirəm. Ümid edirəm ki, bu ixtisaslarda köklü dəyişikliklər olar. Ya bu ixtisaslar çıxarılıb yeniləri ilə əvəz olunmalıdır, ya da adları, tərkibləri, sillabus və dərslikləri dəyişdirilər”.