Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-20 12:14:00
Tələbə dövlət imtahanlarından yalnız bu halda  azad olunacaqlar
“Tələbəni ÜOMG qane etmirsə, o dövlət imtahanında iştirak edə bilər”.
 
AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Nazirlər Kabinetinin ötən gün verdiyi "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" qərarı ilə bağlı canlı canlı yayımda deyib.
 
O vurğulayıb ki, 4-cü kurslar ÜOMG-dən narazı olsalar, dövlət imtahanında iştirak edə bilərlər.
 
“ Əgər sonuncu buraxılış kursunda təhsil alan tələbənin heç bir fəndən kəsiri yoxdursa, bütün fənlərdən kredit qazanıbsa, yekun attestasiyadan da keçmiş sayılacaq. Bu həm diplom işi yazmağa hazırlaşan, həm də dövlət imtahanına hazırlaşan tələbələrə aiddir.  Lakin onların orta göstəriciləri azdırsa, bunu düzəltmək üçün yenidən müraciət edə bilərlər”.
 
Şükufə Süleymanlı
Müəllifin digər yazıları