Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-18 09:25:00
UNEC-də Online Karyera günləri davam edir

UNEC-in 90 illik yubiley tədbirləri çərçivəsində keçirilən Online Karyera günlərinin səkkizinci günündə iki qonaq fərqli saatlarda canlı yayımda olacaq.

 

AzEdu.az  xəbər verir ki, 18 may saat 14:30-da "Kapital Bank" ASC-nin İşə qəbul şöbəsinin baş mütəxəssisi, təlimçi və kouç Fidan Hüseynova, saat 18:00-da isə "Data SoCool" şirkətinin Karyera Mərkəzinin rəhbəri İsa Zeynal canlı yayımın qonağı olacaq.

 

Canlı yayım boyunca izləyicilər öz suallarını UNEC-in rəsmi facebook (fb.com/uneceduaz) və youtube (youtube.com/unecofficial) sosial şəbəkələrindən birbaşa ünvanlaya bilərlər.

 

Qeyd edək ki, canlı yayımın moderatorları UNEC Karyera Mərkəzinin direktoru Ramil Cabbarov və Türk Dünyası İqtisad fakültəsinin tələbəsi Bayram İsmayılov olacaq.