Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-02 11:01:00
UFAZ-da magistratura proqramlarına qəbul üçün keçid balı dəyişdirilib

 

AzEdu.az xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) magistratura proqramlarına qəbul üçün keçid balı dəyişdirilib.

 

Qeyd edək ki, təhsil ocağının magistratura proqramlarına müraciət etmək üçün əsas şərtlərdən biri Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil edilmiş qəbul imtahanında minimum 70 bal toplamaq idi. UFAZ-dan bildirilib ki, təhsil ocağının Elmi Komitəsi magistratura proqramına müraciət üçün keçid balını 70-dən 60-a endirib. Bu qərarın verilməsində isə çoxsaylı müraciətlər əsas götürülüb.

 

Qərardan sonra DİM imtahanında 60 və daha çox bal toplayan  mühəndislər, kimyaçılar və proqramçılar müvafiq proqramlara müraciət edə bilərlər.