Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-02 10:15:00
Türkiyənin tələbə yataqxanalarda karantində saxlanılanların yarısı evə buraxılıb

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma riski səbəbindən Türkiyənin tələbə yataqxanalarında karantində saxlanılanların təxminən yarısı evə buraxılıb.

 

AzEdu.az xəbər verir ki, bu vaxtadək yataqxanalarda 65 min 511 nəfər karantinə alınmışdı. Əksəriyyəti xarici ölkələrdən gətirilən vətəndaşlar 77 vilayətdəki karantin mərkəzlərində yerləşdirilib. Hazırda onların 35 min 496 nəfəri normal həyata dönüb. Ölkə xaricindən təxliyə davam edir. Vətənə gətirilənlər yataqxanalardakı boş yerlərə yerləşdirilir.