Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-01 17:22:00
Ədalət Muradov: İnanıram ki, azərbaycanlı alimlər distant təhsilə öz töhfələrini verəcəklər

Distant ali təhsil elə təşkil olunmalıdır ki, burada müəllim və tələbələrin ünsiyyəti klassik təhsildə olduğundan geri qalmasın.

 

AzEdu.az xəbər verir ki, bu fikri UNEC-in rektoru Professor Ədalət Muradov “Distant ali təhsil: yeni imkanlar və müasir çağırışlar” mövzusunda onlayn forumda səsləndirib.

 

O diqqətə çatdırıb ki, distant təhsil bu gün çox aktualdır. Dünya universitetləri, alimlər distant təhsillə bağlı müzakirələr aparırlar.

 

“Dünyada yaşayan azərbaycanlı alimlər distant təhsillə bağlı müzakirələrə fəal şəkildə qoşulmalıdırlar. İnanıram ki, azərbaycanlı alimlər distant təhsilə öz töhfələrini verəcəklər”, – deyə professor Ədalət Muradov qeyd edib.

 

Xatırladaq ki, UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020: “Distant ali təhsil: yeni imkanlar və müasir çağırışlar”ın məqsədi distant ali təhsil sahəsində qlobal müzakirələrə qoşulmaq və yeni ali təhsil modelinə müvafiq töhfələr verməkdir. Forumun hər il keçirilməsi nəzərdə tutulur.