Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-01 14:08:00
UNEC-də KOB dostları üçün təlim keçirilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında imzalanmış əməkdaşlığa dair anlaşma memorandumuna uyğun olaraq, agentliyin ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən KOB dostları üçün təlimlərə başlanıb.

KOBİA-dan AzEdu.az-a bildirilib ki, universitetin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin (BMDM) professor-müəllim heyəti tərəfindən keçirilən təlimlər “Strateji idarəetmə və liderlik”, “Maliyyənin müasir problemləri”, “Strateji insan resurslarının idarə edilməsi”, “Strateji brend menecment”, “İnvestisiya layihələrinin qiymətləndirilməsi”, “Vaxtın idarə edilməsi”, “Rəqabət strategiyaları” mövzularını əhatə edir. Həmçinin COVID-19 pandemiyası dövründə də BMDM-nin nəzdində fəaliyyət göstərən Kiçik və Orta Biznes Tədqiqatlar Mərkəzi universitet-sənaye əməkdaşlığı çərçivəsində fəaliyyətini onlayn qaydada davam etdirir.