Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-23 15:12:00
Mingəçevir Dövlət Universitetinin kollektivi qanvermə aksiyasında iştirak edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi tərəfindən başlanılmış qanvermə aksiyasına Mingəçevir şəhərinin idarə, təşkilat və təhsil ocaqlarının kollektivləri də qoşulub.

AzEdu.az xəbər verir ki, aprelin 22-də keçirilmiş qanvermə aksiyasında şəhər icra hakimiyyəti aparatının, şəhər bələdiyyəsinin, Yeni Azərbaycan Partiyası şəhər təşkilatının və digər qurumların əməkdaşları ilə bərabər, Mingəçevir Dövlət Universitetinin kollektivi də fəal iştirak edib.

Mərkəzi Qan Bankının Mingəçevir bölməsində təşkil olunan aksiya zamanı toplanan qan xroniki xəstəliklərdən əziyyət çəkən insanlar, o cümlədən talassemiyalı və hemofiliyalı xəstələr üçün nəzərdə tutulub.