Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-17 14:45:00
“Biz hələ distant təhsilə hazır deyilik”-Millət vəkili

 

 

“Tədrisin uzadılması,  yayda da davam etdirilməsi bizdən asılı olan səbəblərdən irəli gəlmir. Əgər koronavirus təhlükəsi aradan qalxmayıbsa və Avropada da tədrisin təxirə salınması müddəti uzadılsa, bizdə də karantin rejimi, şagirdlərin evdə qalması prosesi uzadıla bilər” .

 

AzEdu.az xəbər verir ki, bu fikirləri İTV kanalın “3D” verlişinin efirində millət vəkili Etibar Əliyev deyib.

 

O, yaranan boşluğun aradan qaldırılması yollarını vurğulayıb:

 

“Onlayn dərslərdə məcburiyyət yoxdur, amma maarifçilik elə aparılmalıdır ki, şagirdlər bu işə cəlb olunarkən etiraz etməsinlər. Burada bilik verilir.

 

Yaranan boşluğu aradan qaldırmağın yollarını tapmalıyıq. Məsələn, kitab, onlayn təhsil, distant təhsil, müəllimlərin şagirdlərlə və ya tələbələrlə yazışmaları  təhsilin fasiləsizliyi təmin edən alternativlərdir.

 

Heç kim alternativ vəsait kimi dərsliyin adını çəkmir. Dövlət şagirdlərin dərsliklərlə təmin olunması üçün  külli miqdarda vəsait xərcləyir. Ənənəvi təhsildə də şagirdlərin dərsliyi hansı səviyyədə mənimsəmələri barədə  heç kim öhdəlik götürmür”.

 

Millət vəkili həmçinin ölkə olaraq distan təhsilə hazır olmadığımızı,  bu formanın ənənəvi təhsili əvvəz edə bilmədiyini diqqətə çatdırıb:

 

“Bu günlərdə distant təhsil, evdən təhsil, onlayn təhsil paradiqmaları yenidən gündəmə gəldi. Sözün düzü, biz buna hazır deyildik. ADA və  Azərbaycan Dövlət İqtisad  Universiteti (UNEC)  istisna olmaqla, digərləri distant təhsilin maddi-texniki bazasını qura bilməmişdi. 

 

Bu da təhsilin bir formasıdır.  Lüğətlərdə, ensiklopediyalarda distant təhsil fasiləsiz təhsilin bir hissəsi kimi izah olunur.  Bu, ənənəvi təhsili tamamlamır. Əgər tamamlasaydı , elə dünyanın aparıcı universitetlərində də distant təhsil ənənəvi təhsilin kiçik bir hissəsini təşkil etməzdi”.