Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-17 14:09:00
UNEC tələbəsinin möhtəşəm uğuru: Dünyada ən yüksək nəticə

UNEC-in tələbəsi ACCA-nin (Association of Chartered Certified Accountants – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) Financial Reporting (Maliyyə hesabatı) imtahanında dünyada ən yüksək nəticəni əldə edib.

 

 AzEdu.az  xəbər verir ki, Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) 2-ci kurs tələbəsi Nizgan Cəbiyeva dünyanın bir çox ölkəsindən Financial Reporting imtahanında iştirak edən tələbələr arasında ən yüksək nəticə ilə (97%) ACCA-nin Global Prizewinner (Qlobal mükafatçı) adını və pul mükafatını qazanıb.

 

N.Cəbiyeva bundan öncə 96% nəticə ilə ACCA-nin Financial Accounting (f3) (Maliyyə uçotu) sertifikatını əldə etmişdi.

 

ACCA haqqında: ACCA (The Association of Chartered Certified Accountants — İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) - maliyyə, mühasibat uçotu və audit sahəsində peşəkar mütəxəssislərin qlobal birliyidir. ACCA imtahanları dünyanın aparıcı beynəlxalq şirkətlərı tərəfindən tanınır və işə qəbul zamanı yüksək qiymətləndirilir.