Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-25 10:28:00
"MBA yüksəlmək istəyənlər üçün çox önəmlidir, amma bizdə…” – Ekspert məşhur proqram haqqında

MBA (Master of Business Administration) - Biznes İnzibatçılığı Magistrı deməkdir.

MBA postdiplom təhsil proqramıdır. Bu proqram orta və yuxarı dərəcəli menecerlərin hazırlanmasına yönəldilib. Ümumi olaraq, təhsil müddəti ortalama 2-3 il olur. Azərbaycanda MBA təhsili verən universitetlər: UNEC, ADNSU, ATU, ADA, Qərb Universiteti, Xəzər Universiteti, BMU, Aqrar Universitet, Azərbaycan Universiteti, Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti.

“Təəssüf ki, ölkəmizdə MBA oxuyanların çoxu niyə bu sahə üzrə təhsil aldıqlarını bilmirlər. İşəgötürənlər də bu cür faktorlara deyil, çox vaxt qohumluq, tanışlıq kimi nüanslara fikir verirlər. Birmənalı şəkildə şəxsi fikrim ondan ibarətdir ki, Azərbaycanda, xüsusən də UNEC-də MBA oxumağa dəyməz”.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil üzrə ekspert  Fuad Hacıyev deyib. Onun sözlərinə görə, tələbələrin çoxu mövcud imkanlar, ölkədəki maddi durum səbəbilə İqtisadiyyat Universitetinə üz tuturlar: “Azərbaycanda ADA, müəyyən qədər isə Xəzər Universitetindəki MBA təhsili qənaətbəxşdir. Təhsilin yüksək səviyyədə olması üçün əcnəbi mütəxəssislər cəlb edilməlidir. Tədris prosesini 1 - 2 pilot layihəyə əsasən deyil, ümumi dəyərləndirmək lazımdır. Çox az şirkətdə yerli mütəxəssislərdən ibarət CEO-lar bu sahədə ixtisaslaşmış kadrlar olur. Xaricdəki MBA təhsili ilə ölkəmizdəki təhsil arasında fərqləri göstərmək üçün gərək biz şkala açaq və aradakı 10 fərqi tapaq. Birmənalı şəkildə şəxsi fikrim ondan ibarətdir ki, Azərbaycanda, xüsusən də UNEC-də MBA oxumağa dəyməz”.

Fuad Hacıyev həmçinin, MBA-nın faydaları haqda danışıb. Onun sözlərinə görə, Biznesin idarəolunması üzrə magistr təhsili almaq karyeranın yüksəlişi üçün çox önəmlidir: “Məsələn siz böyük bir firmada çalışırdığınız və orada sizin yüksəlmə şansınız olduğunuz təqdirdə menecment üzrə master oxumağınız sizə yardımçı olur. MBA “full-time” olduğunda belə işinizə mane olmadan dərs ala biləcəyiniz bir bölümdür. Dünya təcrübəsində çox zaman MBA tələbələri karyera yüksəlişinə önəm verən insanlar olduğu üçün onların dərs saatlarının bölünməsində çox geniş imkanları olur”.

Ekspert qeyd edir ki, MBA təhsilini tələbələr həm distant formada, həm də dərslərdə birbaşa iştirak edərək ala bilərlər: “Sadəcə ortada bir balaca təhsil haqqı fərqi olur. Məsələn , Türkiyədə Koç Universiteti sizdən MBA oxumaq üçün minimum 2-3 il iş təcrübəsi istəyir. Bahçeşehir Universitetinin isə belə bir şərti yoxdur. “Business scholar”-ın çoxunda da belə şərt olmur. Hər tədris mərkəzinin MBA tələbələri üçün özünəməxsus qəbul şərtləri ola bilər. İngiltərədə bu proqram üçün təhsil haqqı ortalama 20.000£ olur. Yəni, əgər yüksəlmək fikriniz varsa, MBA oxumaq çox önəmlidir”.