Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-24 12:58:00
Türkiyədə ən çox təqaüdü bu universitet verir – Tələbələrin diqqətinə

Türkiyədə tələbələrə verilən təqaüdlərin hesabatı açıqlanıb

Hesabatda 22 qurumun 2017-2018-ci tədris ili üçün tələbələrə verdiyi təqaüd miqdarının 75 890 520 TL olduğu, onun toplam 33 887 tələbəyə çatdığı bildirilib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, hər tələbəyə düşən aylıq təqaüdün miqdarı isə 351 TL olub.

Tələbələri ən çox təqaüd alan ali təhsil müəssisəsi İstanbul Universiteti seçilib. Tələbə sayına nisbətlə aparılan qiymətləndirmədə isə Boğaziçi Universiteti birinci sıradadır.

Hesabata görə təqaüd alan tələbələrin 55%-i qadınlar, 45%-i kişilərdir. Ən az təqaüd verilən şəhərlər Hakkari və Batman, ən çox təqaüd verən isə 285 göstərici ilə  İstanbul seçilib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları