Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-18 12:52:00
BDU tələbəsinin ölüm səbəbi tam başqaymış - ATASI DANIŞDI

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənərək ölən Xasmətova Şəkər Faiq qızının ekspertiza rəyinin nəticələri açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, Ş.Xasmətovanın atası Faiq Xasmətov məlumat verib.

 

O bildirib ki, Türkiyə Respublikasında keçirilən ekspetizanın rəyinə əsasən, qızı dəm qazından vəfat edib:

 

“Hazırda istintaq davam edir. Biz vəkilimiz Türkel Süleymanlı ilə məsləhətləşəndən sonra müvafiq qurumları məhkəməyə verəcəyik. Yaxın günlərdə iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyik”.

 

Xatırladaq ki, ötən il noyabrın 21-də BDU-nun 2 saylı yataqxanasında yaşayan 3 tələbə qız zəhərlənib. Onlardan biri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı dünyasını dəyişib. Zəhərlənmə diaqnozu ilə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılan 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızı evə buraxılıb.

 

Faktla bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır. (Report)