Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-16 09:20:00
Ali təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı dəyişdirildi-DİM

Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun vaxtında dəyişiklik edib.


AzEdu.az xəbər verir ki,  ərizələrin qəbulu  martın 16-dan aprelin 14-dək internet vasitəsilə aparılması nəzərdə tutulurdu.

Dəyişikliyə əsasən ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun martın 30-dan aprelin 27-dək aparılması nəzərdə tutulur. Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olanlar üçün SQK-ların siyahısı və onların fəaliyyət müddəti haqqında əlavə məlumat veriləcəkdir.


Məlumat üçün bildirək ki, sənəd qəbulu elektron şəkildə həyata keçirilir. Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər).