Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-13 10:45:00
Distant təhsilə görə hər kəsə ödənişsiz İNTERNET–YENİLİK

 Türkiyədə koronavirusun aşkarlanması ölkəni qabaqlayıcı tədbirlər görməyə vadar edib.

 AzEdu.az xəbər verir ki, buna görə, Türkiyədə orta təhsil müəssisələri martın 16-dan etibarən 1, universitetlərin isə 3 həftəlik fəaliyyətlərini dayandıracaqları bildirilib.

Martın 23-dən dərslərin internet və televiziya kanallları vasitəsilə distant yolla keçiriləcəyi açıqlanıb. Bildirilib ki, distant təhsili ölkədəki bütün şagird və tələbələr üçün əlçatan etmək məqsədilə hər bir mobil operator istifadəçilərini 3GB ödənişsiz internetlə təmin edəcək.

 Qeyd edək ki, ölkə distant təhsilə keçdiyinə görə, orta və ali təhsil müəssisələrinin dərs proqramı yenidən işlənəcək.