Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-04 17:46:00
İtaliyada koronavirusa görə məktəb və universitetlər bağlanıb

İtaliyada koronavirusa görə ölkədə fəaliyyət göstərən bütün məktəb və universitetlərin bağlanmasına dair qərar verilib.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə məktəb və universitetlər mart ayının ortasına kimi bağlı qalacaq. 

Qeyd edək ki, İtaliyada koronovirusdan ölənlərin sayı 79-a, yoluxanların sayı isə 2502-yə çatıb.