Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-04 16:47:00
ADNSU-nun sistemi tamamən elektronlaşacaq – AÇIQLAMA

“Gələn tədris ilindən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sistemi tamamən elektronlaşacaq”.

 AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq departamentinin direktoru Bəhruz Nəzərov deyib.

 B.Nəzərov bildirib ki, ADNSU-da elektron jurnal kağız jurnalla paralel olaraq, tətbiq olunur: “Hazırda universitetimizdə veb-auditoriyalar var. Orada tələbələrin davamiyyəti haqqında məlumat müəllimlər tərəfindən elektron jurnalda qeyd olunur. Gələn tədris ilindən etibarən kağız jurnallar tədris prosesində tətbiq olunmayacaq. Elektron sistem smart tələbə kartlarını və elektron jurnalların yaranmasını ehtiva edir. Tələbə kartını qeydiyyat cihazına yaxınlaşdıraraq davamiyyət məlumatları avtomatik olaraq elektron jurnalda əks olunacaq”.