Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-03 23:47:00
UNEC  üç ildir Azərbaycanda liderdir

"UNEC müəlliflərinin məqalələrinə istinadların sayı 2018-ci ildə 3.614, 2019-cu ildə 3.898, 2020-ci ilin ötən dövründə 1.821-dir".

 AzEdu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib.

 Ə.Muradov qeyd edib ki, istinadların sayına görə "Webometrics"in qiymətləndirməsinə görə UNEC 2018, 2019 və 2020-ci ilin ötən dövründə Azərbaycanda liderdir: "UNEC müəlliflərinin tədqiqatlarının keyfiyyətini və istinadlarının sayını artırmaq məqsədilə ciddi tədqiqatları ilə seçilən müəllimləri digər müəllimlərdən fərqləndirməyə dair qərar verilib. Belə ki, son 5 ildə məqalələrinə istinadlarının sayı 100-dən çox və H indeksi 8-dən yüksək olan müəllimlərə tədqiqatçı-müəllim statusu vermək və bu statusu alanların maaşının digərlərilə müqayisədə 50% artırmağa dair Qaydalar qəbul edilib. Cari tədris ilinin sonunda ilk belə qiymətləndirmə həyata keçiriləcək".