Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-02 10:08:00
Azərbaycan Universitetində “Könüllülər ili” tədbirlər planı icra olunacaq

 

Prezident İlham Əliyevin 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili”  elan edilməsi haqqında sərəncamına uyğun olaraq Azərbaycan Universitetinin “Könüllülər ili” üçün nəzərdə tutulmuş tədbirlər planı təsdiq olunub.

 

Fəaliyyət planına uyğun olaraq il ərzində  könüllü fəaliyyətin təşviqi istiqamətində müxtəliftipli layihələr həyata keçiriləcək, tədbir və görüşlər, bilik və idman yarışları təşkil olunacaq. Könüllü tələbələrin təşəbbüslərinin dəstəklənməsi və stimullaşdırılması məqsədilə müvafiq tədbirlər görüləcək.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli “Könüllülər ili” haqqında Sərəncamı gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədini daşıyır.