Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-18 14:55:00
Deputat AzEDU.az-ın üzə çıxardığı faktla bağlı Baş Prokurorluğa müraciət etdi

“Azərbaycanda valideyn övladının SAT (Scholastic Aptitude Test) imtahanlarını verməsi üçün Gürcüstana gedir. Məlum olur ki, bu sahədə oturuşmuş, sistemli, mütəşəkkil cinayətkarlıq var. Beynəlxalq mərkəzlərdə Britaniya və Amerikada bizim nəticələri tanımırlar, çünki çox ciddi korrupsiya var, nəticələr süni şəkildə şişirdilir”.

AzEdu.az modern.az-a istinadən məlumat verir ki, bunu Milli Məclisin iclasında deputat Zahid Oruc deyib.

O qeyd edib ki, insan vəsait xərcələyərək, Gürcüstana gedirlər, orada imtahan verirlər.

“Bununla bizim təhsil imicimiz ləkələnir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edirəm ki, bu faktları araşdırsın. Niyə beynəlxalq aləmdə rüsvay olmalıyıq?!”

Qeyd edək ki, SAT imtahan cavablarının müəyyən səlahiyyətli şəxslər tərəfindən ələ keçirilərək, satılması və bunun üstünün açılmasından sonra imtahanların təxirə salınması ilə bağlı xəbəri AzEDU.az saytı yaymışdı.

Həmin xəbəri BURADAN oxuya bilərsiniz.