Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-27 10:54:00
Prezident İlham Əliyev: “Mən də müəllim olmuşam, ona görə bu peşə mənə yad deyil”

“Mən də müəllim olmuşam. İnstitutu bitirəndə mən bir xarici ölkəyə təyinat aldım, ancaq ondan imtina etdim, xaricə getmək istəmədim. Qaldım institutda, aspiranturaya daxil oldum, dissertasiya müdafiə etdim və 23 yaşımda dərs verməyə başlamışdım”.

AzEdu.az  xəbər verir ki, bu sözləri ölkə Prezidenti cənab İlham Əliyev ötən gün iştirak etdiyi Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirində çıxışı zamanı deyib. Prezident İlham Əliyev qeyd edib ki, 5 il ərzində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim fəaliyyəti ilə məşğul olub, ona görə müəllim peşəsi onun üçün yad peşə deyil. Müəllimlərin fəaliyyətini çox yüksək qiymətləndirən dövlət başçısı bildirib ki, müəllim peşəsi çox şərəfli, məsuliyyətli, çox ağır peşədir:

“Müəllim hər zaman tələbə qarşısında öz biliyini göstərməlidir. Tələbələr də indi hər şeyi görürlər, hər şeyi seçə bilirlər. Ona görə müəllimlər daim öz biliklərini artırmalıdırlar. Mən deyim ki, biz müasir dövrdə köhnə baqajla yaşaya bilmərik. Ona görə indi internet dövrüdür, hər bir məlumatı əldə etmək üçün imkanlar var”. Ölkə başçısı cənab İlham Əliyevin sözlərinə görə, daim müəllimlər yeniliklərə baxmalıdırlar:” Onların peşəsində hansı proseslər gedir, dünyada hansı proseslər gedir, texnoloji inkişaf nədən ibarətdir ki, tələbələrə keyfiyyətli biliklər versinlər. Ona görə müəllim peşəsi şərəflidir, hörmətlidir, ancaq, eyni zamanda, müəllimlər də daim öz üzərlərində işləməlidirlər”.