Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-11 16:20:00
ADA Universitetində “açıq qapı” günləri keçiriləcək 

“ADA" Universiteti bakalavr proqramlarına sənəd verən abituriyentləri və onların valideynlərini "Açıq qapı" günlərinə dəvət edir.

AzEdu.az xəbəfr verir ki, "Açıq qapı" günlərində “ADA" Universitetinin bakalavr proqramları, tələbə həyatı, təhsil haqqına güzəştlər, qəbul şərtləri və gələcək iş imkanları barədə məlumat veriləcək. Hal-hazırda “ADA" Universitetində bakalavr proqramlarında təhsil alan tələbələr və professor heyəti tədbirdə iştirak edəcəklər.

"Açıq qapı" günləri ixtisaslara görə aşağıdakı şəkildə bölünmüşdür: 

1. “ADA-da mənim Biznes Təhsilim” (Biznesin idarə edilməsi və İqtisadiyyat ixtisasları): 17- 18 may, saat 15:00

2. “ADA-da Humanitar ixtisaslar” (Beynəlxalq münasibətlər, Dövlət və İctimai münasibətlər, Hüquqşünaslıq ixtisasları): 21 may, saat 15:00

3. “ADA-da İT Günü” (Kompüter elmləri, İnformasiya Tenologiyaları və Kompüter mühəndisliyi ixtisasları): 22 may, saat 15:00  

Qeydiyyat üçün: [email protected] elektron poçtuna məktub göndərmək tələb olunur.  

Ünvan: Əhmədbəy Ağaoğlu küç. 11, ADA Universiteti

Tel: (+994 12) 437 3235