Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-11 14:48:00
“Başqa ali məktəblərdə Xəzər Universitetində olan aktivliyin yarısı da yoxdur” – Hamlet İsaxanlı 

“Azərbaycan ali məktəblərində Xəzər Universitetində olan aktivliyin, yarısı da yoxdur. Digərlərinin təşkil etdiyi tədbirlər bizim universitetdəki konfransların, beynəlxalq görüşlərin 50%-ni təşkil edir. Mən aprel ayı üçün hazırlanan universitetlərin aktivlik cədvəlinə şübhə ilə yanaşıram”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı deyib. Onun sözlərinə görə, universitetlərin həqiqi aktivliyini ölçmək başqa metodlardan istifadə edilməlidir:

“Zəhmət olmazsa, bütün ali məktəblərin rəsmi saytlarını izləyərək yenilikləri analiz edin. Xəzər Universitetində ciddi, yüksək səviyyəli toplantıların keçirilmədiyi bir gün yoxdur. Demək olar ki, hər həftə beynəlxalq konfranslar təşkil olunur.
Mən bu nəticəyə böyük şübhə ilə yanaşıram. Çünki, bütün ali məktəbləri qıraqdan izləyirəm. Lakin biz bütün işlərimizin tv-də işıqlandırılmasına var-gücümüzlə çalışmırıq. Mətbuata məktublar yazırıq, gələnlər gəlir. Açığı, bunun üçün böyük xərc də çəkmirik. Universitetlərin aktivliyi tədbirlərin mətbuatda işıqlandırılması ilə ölçülməməlidir. Həqiqi aktivliyi ölçmək üçün ilk növbədə universitetlərə gedib analiz aparmaq və ya sadəcə rəsmi sayt ünvanları ilə tanış olmaq lazımdır”.


Qeyd edək ki, “Media Consulting Services” şirkətinin media monitorinq qrupunun araşdırmalarına əsasən, aprel ayı üzrə ali təhsil müəssisələrinin aktivlik üzrə reytinqi açıqlanıb.Siyahıya Bakı Dövlət Uiversiteti başçılıq edib. Bakı Ali Neft Məktəbi ikinci, Azərbaycan Dövlət İqtisad Universiteti isə üçüncü pillədə yer alıb.

Media monitorinq qrupu 10 televiziya, 55 çap və 600 on-line media daxil olmaqla, 665-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləməklə bu nəticəyə gəlib.