Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-17 17:15:00
Litva səfiri bu universitetdə olub

Naxçıvana rəsmi səfəri çərçivəsində Litvanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas Naxçıvan Dövlət Universitetində olub.

AzEdu.az xəbər verir ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov rəhbərlik etdiyi ali təhsil ocağının strukturu, fakültələri, tədris olunan ixtisaslar və beynəlxalq əlaqələri haqqında məlumat verib.

 Səfir universitetdə ənənəvi metodlarla yanaşı, müasir tədris üsullarının, informasiya-kommunikasiya texnologiyalarının tətbiqindən məmnunluğunu ifadə edib, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən danışıb. O,  tələbələrə ingilis dilində Litva-Azərbaycan münasibətlərinə dair mühazirə oxuyub, onların  suallarını cavablandırıb. (Azərbaycan müəllimi)