Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-10 11:38:10
Dünyanın ən yaxşı universitetləri... — Azərbaycanın adı siyahıda yoxdur

Mərkəzi London olan ali təhsil dərəcələrini müəyyənləşdirmə agentliyi (THE) "Yeni Avropanın ən yaxşı universitetləri 2018” sıralamasını dərc edib.

AzEdu.az xəbər verir ki, Avropa Birliyinə (Aİ) qəbul edilən son 13 ölkədəki ən yaxşı ali təhsil müəssisələrinin müəyyən edildiyi siyahıda ilk yerdə Estoniyanın Tartu Universiteti olub.

Times Higher Education (THE) 13 ölkədə ən yaxşı universitetləri; araşdırma təsiri, təhsil keyfiyyəti, universitetlərin istehsalat  təcrübələrinin beynəlxalq miqyasda təşkili kriteriyalarına görə qiymətləndirib.  İkinci yeri isə Kipr Texnologiya Universiteti tutub.

Çexiya 13 universitetlə təmsil olunub.  Polşa 12, Macarıstan 7, Rumıniya isə 5 universitetlə ən çox təmsil olunan ölkələr arasında yer alıb. Ən yaxşı 50 universitetin daxil edildiyi reytinqdə birinci olan Tartu Universiteti dünya sıralamasında 301-350-ci yerlərdədir.