2019-11-03 15:15:00
Milyonçu Tağıyev niyə maarifçi axundunun ayaqları altında dəfn edilib? -Tarix
1924-cü ilin bir sentyabrında dünyasını dəyişərkən milyonçu Hacı Zeynalabdin Tağıyev minlərlə adama yardımçı olub. Xeyli insan, ziyalı, bir çox xalqlar Hacının səxavətindən faydalanıb. Amma Tağıyev ölərkən bir kənd axundunun ayaqları altında basdırılıb. Bunun isə çox maraqlı bir səbəbi var. Sən demə, Hacı özü bu cür vəsiyyət edibmiş.
AzEdu.az xəbər verir ki, Hacının qızı Sara xanım öz xatirələrində bu barədə maraqlı bir faktı açıqlayır:
“Atam 1924-cü il sentyabrın 1-də Aşağı bağda axşam çıraqlarını yandıranda vəfat etdi. Sentyabrın 4-də öz vəsiyyətinə görə Mərdəkanda Molla Əbuturab ağanın məqbərəsinin yanında basdırıldı.
Atam nəql edirdi ki, kefimin kök vaxtı karetada bağa gedirdim. Pəncərədən gördüm ki, Axund Əbuturab ağa köhnə bir faytonda gedir. Karetanı saxlatdırıb sürücüyə dedim ki, onu yanıma çağırsın. Qalxdı karetaya. Hal- əhvallaşdıq. Sonra soruşdum: -Ağa, bu cah-calal ki, məndə var, əlimdən çıxa bilərmi?
Əbuturab ağa dedi: -Hacı, sən Məkkəyə gedib ziyarət eləmisən; əstəğfurulla de, Allah istəsə, bir ləhzədə bütün dövləti əlindən alar. İyirminci ildə şəhər evimdən köçəndə başa düşdüm ki, Əbuturab ağanın ayağı biləni mənim başım bilmir. Məni onun ayağı altında basdırın”.
Amma Hacı Zeynalabdin övladlarına qarşı heç zaman səxavətli olmayıb. Onlara hər ay cəmi 5 manat aylıq verirmiş. Özü də kontorda qol çəkəndən sonra aylıqlarını alarmışlar. Elə yuxarıda adını çəkdiyimiz Sara xanım öz xatirələrində bu barədə çox ibrətamiz bir əhvalatı danışır:
“Atam bizə ayda beş manat xərclik verirdi. Kitabça açmışdı, hərəmizə ayrı-ayrı; gedib kontordan qol çəkib alırdıq kitabçaya yazırdılar. Görünür, bizi qayda-qanuna öyrətmək istəyirdi. Bir gün yazda qulluqçu məni, bacım Leylanı və qardaşım Məhəmmədi dənizə apardı. “Abo” gəmisində gəzməyə. Qulluqçu kapitanla söhbət edirdi, biz də göyərtədə hərlənirdik. Məhəmməd ventilyator şüşəsini göstərib dedi ki, “Gör necə qalındır, heç kəs sındıra bilməz”. Dedim ki, mən sındıraram. Mərcləşdik bir qutu şokoladdan. Yerdən dəmiri götürüb ilişdirdim şüşəyə, tikə-tikə oldu. Kapitan və qulluqçu qorxub, yüyürüb gəldilər. Dedik ki, mərcləşmişik.
Sabahı gün məni atamın kabinetinə çağırdılar. Gördüm qaşqabaqlıdır, acıqla soruşdu: “Abo”da şüşəni kim sındırıb?” Dedim: “Mən. Məhəmmədlə mərcləşmişdim...”
- Kim şüşəni saldıracaq?!
Çiyinlərimi qaldırdım: -“Bilmirəm”, - dedim.
Atam deyindi: “Sındıra bilərsən, amma kim düzəldəcəyini bilmirsən?” Dedim ki, sən düzəltdirərsən. Soruşdu: Niyə mən? Bir aylıq xərcliyin veriləcək şüşənin təmiri üçün. O biri uşaqlar xərclik alacaq, sən yox. Get otağına
Bu bölməyə aid digər xəbərlər
İmişlidə qəzada xəsarət alan əkizlərdən biri ölüb
2024-04-30 09:55:25
“Tarixdə bu gün” - 30 aprel...
2024-04-30 08:54:26
Bakıda 30 dərəcə isti olacaq
2024-04-30 08:48:05
İnformatika fənni üzrə RFO-nun nəticələri açıqlanıb
2024-04-29 17:00:50
Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub
2024-04-29 16:23:36
9 illik təhsil bazası üzrə imtahanlar keçiriləcək
2024-04-29 12:10:00
UNEC COP29-a necə hazırlaşır? - “Yeni layihələrimiz var”
2024-04-29 10:32:00
“Tarixdə bu gün” - 29 apreldə nələr baş verib?
2024-04-29 09:08:00
Bakıda 30, bölgələrdə 31 dərəcə isti olacaq - Günün havası
2024-04-29 08:44:04
Sabah Bakıda 30 dərəcə isti olacaq
2024-04-28 12:25:48
kitabı
ÇOX OXUNANLAR
20 Aprel 2024, 17:42
300 bal toplayan 9-cular - Onlar bu liseyin şagirdləridir
22 Aprel 2024, 09:57
7 aprel buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ
22 Aprel 2024, 13:12
Bu uşaqlar I sinfə avtomatik qəbul olunacaq
22 Aprel 2024, 11:53
21 aprel buraxılış imtahanındakı testlərin doğru cavabları AÇIQLANDI
24 Aprel 2024, 13:39
“Təhsil haqqında” qanuna dəyişiklik edildi - FƏRMAN
22 Aprel 2024, 11:12
Beynəlxalq olimpiadaya vəsiqə qazanmış yeganə azərbaycanlı şagird - Foto
23 Aprel 2024, 14:27
"İlin gənc müəllimi-2023"- “TOP-50-lik” – SİYAHI
22 Aprel 2024, 16:15
Qarabağ Universiteti sıradan bir təhsil ocağı olmayacaq
FACEBOOK